Azərbaycan Premyer Liqasının IV turunda "Sabah" Masazırda "Sumqayıt"ı qəbul edib.
Sportinfo.az xəbər verir ki, görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün 12-ci dəqiqəsində “Sumqayıt” komandası Fernando Da Silvanın qolu ilə hesabı açıb. Ancaq sumqayıtlılar üstünlüyü sona qədər qoruyub saxlaya bilməyib.
İlk hissənin bitməsinə 2 dəqiqə qalmış “Sabah”dan Namik Ələskərov hesabı bərabərləşdirməyə nail olub.
54-cü dəqiqədə Pavol Safranko “Sabah”ı hesabda önə çıxarmağı bacarıb. 77-ci dəqiqədə Bakı klubundan Cesse Sekidika fərqi 2 topa çatdırmaqla son nəticəni müəyyənləşdirib.
“Bank Respublika Arena”, 1500 tamaşaçı Baş hakim: Elçin Məsiyev Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov Dördüncü hakim: Kamran Əliyev VAR: Nicat İsmayıllı AVAR: Cəmil Quliyev Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Elgiz Abbasov Sarı vərəqələr: İvan Lepiniça, 59 (qeyri-idman hərəkəti); Sofian Çakla, oyundan sonra (qeyri-idman hərəkəti) // Nikola Vuynoviç, 33 (qeyri-idman hərəkəti) Rəsmi şəxsə göstərilən sarı vərəqə: Samir Abasov, 37 (texniki zona qaydalarını pozduğuna görə) Qollar: Namik Ələskərov, 44; Pavol Safranko, 54; Cesse Sekidika, 77 // Fernando Da Silva, 13 Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.