COP29

“İstefa vaxtı deyil, sanki “Sabah”ın üzərində bir bədlik var” - VİDEO

25 Avqust 17:45 Sabah 602
“İstefa vaxtı deyil, sanki “Sabah”ın üzərində bir bədlik var” - VİDEO

"Sabah" Krunoslav Renduliçi istefaya göndərəcək?

ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin eksperti Emin Abbasov son günlər haqqında çoxsaylı xəbərlər dolaşan “Sabah”ın baş məşqçisi haqda danışıb.

O bildirib ki, Masazır klubu Premyer Liqada çıxış etdiyi bu illər ərzində 7 çalışdırıcı dəyişib.

Vaxtilə burada işləmiş Abbasov xatırladıb ki, onlardan yalnız Elşad Əhmədovla Murad Musayev mövsümü başa vura bilib, qalanları isə qısa bir müddətdə görəv daşıyıb və uzaqlaşdırılıb.

Tanınmış teleşərhçi qeyd edib ki, tez-tez baş məşqçi dəyişmək heç bir komandaya uğur gətirmir, “Sabah” kimi iddialı iştirakçı isə ümumiyyətlə, belə məsələlərdə ehtiyatlı və səbrli olmalıdır.

Ekspertin sözlərinə görə, sankı “Sabah”ın başı üzərində qara buludlar dolaşır, onu bədlik basıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti