COP29

“Bilirdik ki, “Neftçi”ni udsaq...”

24 Avqust 20:00 Sabah 915
“Bilirdik ki, “Neftçi”ni udsaq...”

“Sabah”ın futbolçusu Namiq Ələsgərov Sportinfo.az-a müsahibə verib.

Qeyri-sabit oyunu ilə daim gündəmdə olan “10 nömrə” vaxtilə şərəfini qoruduğu və bombardiri olduğu “Neftçi” üzərində qazandığı 2:0 hesablı qələbə haqda sualları cavablandırıb.

- Ardıcıl 5 qələbəsiz oyundan sonra 3 xala sevinmək necə hisdir?

- Son vaxtlar nəticələr istədiyimiz kimi getmirdi. Bu vəziyyətdən çıxmaq üçün mütləq qalib gəlməliydik. Bilirdik ki, “Neftçi”ni udsaq, davamı gələcək. Əziyyət çəkdik, meydanda can qoyduq, şükürlər olsun, yekunda istəyimizə çatdıq.

- “Makkabi” üzərindəki qələbədən sonra 4 məğlubiyyət və 1 heç-heçə nəyin nəticəsi idi? Nə baş vermişdi?

- Cidid nəsə olmamışdı. Hər komandada ola biləcək işdir. Bizim üçün uğursuz dönəm idi və həmin dönəmdən çıxdığımızı düşünürəm. Sadəcə, alınmırdı, başqa səbəb yoxdur.

- “Sent Patriks”ə uduzandan sonra bu matça necə kökləndiniz?

- Qeyri-adi heç nə etmədik. Komanda şəklində yığışıb səhvlərimizi analiz etdik, bu oyunla bağlı verilən tapşırıqlara diqqətlə qulaq asdıq. Məğlubiyyəti dərd etməklə heç nə dəyişməyəcəkdi. Ona görə də diqqətimizi sırf “Neftçi”ylə qarşılaşmaya yönəltdik. Çünki bu görüşdə məğlub olsaydıq vəziyyətimiz bir az da pisləşəcəkdi. Qələbə çox vacib idi.

- “Neftçi”ni udmağın ləzzəti başqadır, hə?

- Yox-yox. Mənim üçün prinsipial oyun deyildi. “Neftçi”ylə heç bir problemim yoxdur, orada yaxşı illər keçirmişəm, dostlar qazanmışam.

- Sualı “Neftçi”nin adına, statusuna görə verdim.

- Rəqib olaraq təbii ki, “Neftçi” ölkənin ən köklü komandasıdır, titulları çoxdur. “Neftçi”nin adı hər bir rəqib üçün motivasiyadır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti