Premyer Liqanın iddialılarından «Sabah» daha bir transfer etmək fikrindədir.
Yenidən avrokuboklara vəsiqə qazanmaq ümidi ilə yoluna davam edən Masazır təmsilçisi legioner hücumçu ilə danışıqlar aparır.
Yönətim baş məşqçi Krunoslav Renduliçin alınmasını istədiyi avopalı forvardı Azərbaycana gətirmək üçün səfərbər olub.
«Bayquşlar» bu yay 6 oyunçu ilə güclənib. Bunlar Kahim Parris, Coy-Lens Mikels, İvan Lepinitsa, Neqoş Kupusoviç, Pavol Şafranko və İqor Noqeyradır.
SPORTİNFO.AZ