COP29

“Qarabağ” çox güclüdür, çempion olmağı kim istəməz?”

23 Avqust 21:20 Sabah 808
“Qarabağ” çox güclüdür, çempion olmağı kim istəməz?”

Cari mövsümün sonunda “Qarabağ”ın növbəti çempionluğunu bayram edəcəyi real görünür.

Lakin digər komandalar – “Neftçi”, “Sabah” və “Zirə”nin də bu istəkdə olduğu şübhə doğurmur.

Xüsusən maliyyə imkanları geniş olan “Neftçi”ylə “Sabah”dan “qızıl” gözləntiləri böyükdür. Təbii ki, başı həm də avrokuboklara qarışan “Qarabağ” rəqiblərinə bu imkanı versə.

“Tələbələr”in vingeri Namiq Ələsgərov Sportinfo.az-a açıqlamasında komandasının çempionluq arzusundan söz açıb:

“Çempionluq barədə danışmaq üçün tezdir. Çempionat yeni başlayıb, qarşıda çox oyunlar olacaq.

Məqsədimiz hər oyundan qələbə ilə ayrılmaqdır. Çempion olmağı kim istəməz? Düzdür, “Qarabağ” çox güclüdür, yaxşı rəqibdir.

Əlimizdən gələni edəcəyik ki, hər matçdan qalib ayrılaq. Necə olacağını mövsümün sonunda görəcəyik”.

3 turdan sonra aktivində 4 xal olan “Sabah” 10 komanda arasında 5-ci pillədə qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti