COP29

"Qarabağ" Azərbaycanda dominantdır, Juninyo “Bayer”i "öldürdü"

19 Avqust 13:20 Sabah 2 545
"Qarabağ" Azərbaycanda dominantdır, Juninyo “Bayer”i "öldürdü"

"Qarabağ" daxili liqanın dominant komandasıdır”.

Sportinfo.az xəbər verir ki, “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Xorvatiya mediasına açıqlamasında belə deyib.

O, "Qarabağ"ı çempionatda məğlub etmisiz. Bunu necə bacarmısız?” sualına bu cür cavab verib:

"Qoritsa" və ya "Slaven Belupo" "Dinamo"ya qalib gəldiyi kimi. Onlar "Bayer Leverkuzen"ə qarşı son saniyələrə qədər başabaş oynamaqla

Avropada da öz gücünü nümayiş etdiriblər. Bütün mövqelərdə güclüdürlər, yaxşı əcnəbiləri var və bütün yaxşı azərbaycanlı futbolçular onların heyətində oynayırlar.

Bu komanda hücumda son dərəcə güclüdür və çoxlu istedada malikdir. Daxili liqada qayda belədir ki, ilk "11-lik"də dörd azərbaycanlı oynamalıdır,

Avropada isə öz legionerlərindən maksimum istifadə edirlər. Braziliyalı Juninyo çox yaxşı hücumçudur və istənilən komandanı sıradan çıxara bilər.

Ötən mövsüm Leverkuzen təmsilçisini "öldürdü", hər iki oyunda qol vurdu!”.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…