COP29

30 yaşlı almaniyalı 30-cu qolu “Neftçi”yə vurdu

19 Avqust 12:40 Sabah 524
30 yaşlı almaniyalı 30-cu qolu “Neftçi”yə vurdu

Coy Lens Mikels Azərbaycan çempionatlarında 30-cu qolunu vurub.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Sabah”ın hücumçusunun yubileyi Premyer Liqanın III turuna təsadüf edib.

30 yaşlı almaniyalı forvard “Neftçi” ilə səfər görüşündə (2:0) fərqlənib.

“Sabah”ın Premyer Liqada ən yaxşı bombardiri olan Coy Lens bütün qollarını Bakı klubunun heyətində vurub. O, “30”a 64-cü oyununda çatıb.

Mikels Azərbaycan çempionatları tarixində 30 və daha çox qola imza atan 101-ci futbolçudur. O, eyni sayda fərqlənən Kamal Quliyev, Ceyhun Sultanov və Valter Quqlemonla 98-101-ci yerləri bölüşdürür.

Almaniyalı hücumçunun Premyer Liqadakı ilk qolu 2021/2022 mövsümünə təsadüf edib. O, 2021-ci il oktyabrın 31-də “Qəbələ” ilə səfər matçında (3:1) fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…