COP29

Azərbaycandan klubu saxlamadı, okeanın o tayında II Liqada oynayacaq

19 Avqust 01:00 Sabah 631
Azərbaycandan klubu saxlamadı, okeanın o tayında II Liqada oynayacaq

"Sabah"dan ayrılan Jarl Marqaritanın yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, kuraslu vinger karyerasını ABŞ-də davam etdirəcək.

Marqarita II Liqada mübarizə aparan "Finiko Rayzinq"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı ön xətt oyunçusu ilə imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.

Jarl Marqarita 2023/2024 mövsümündə "Sabah"da çıxış edib. O, Masazır təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…