COP29

Masazırdakı İrlandiya ab-havası bu VİDEOda – MÜTLƏQ İZLƏYİN!

19 Avqust 21:00 Sabah 535
Masazırdakı İrlandiya ab-havası bu VİDEOda – MÜTLƏQ İZLƏYİN!

Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"ın qonağı olan "Sent Patriks" Bakıdan da qələbə ilə ayrılmağı bacardı.

İrlandlar doğma divarlar arasında olduğu kimi Masazırda keçirilən cavab görüşündə də minimal hesablı qələbəyə sevindi - 1:0.

Qonaqlar "Bank Respublika Arena"da rəsmiləşdirdiyi uğurunu uzaq məsafə qət edən fanatları ilə qeyd etdi.

Final fiti səslənən kimi irlandiyalı futbolçular mərkəzi sektorda əyləşən təxminən 15-20 nəfərlik azarkeş dəstəsinin yanında getdi.

Onlar turnirin pley-off mərhələsinə yüksəlməyin sevincini böyük təmtəraqla qeyd etdilər.

Ardı isə meydançadan kənarda davam etdi.

Qəhrəman futbolçularını bağrına basan qonaq tərəfdarlar onlar arenanı tərk edənə kimi "Bank Respublika Arena"da uzaqlaşmadılar.

XANOĞLAN / SPORTİNFO.AZ

Masazırda yaşananlara aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…