COP29

Bir baş məşqçi bu qədər səhvə yol verirsə...

17 Avqust 14:40 Sabah 1 219
Bir baş məşqçi bu qədər səhvə yol verirsə...

İki gündür «Sabah»dan bir xəbər gözləyirəm, açığı.

Bütün sosial şəbəkə hesablarını izləyirəm, görüm, o məlumat nə vaxt çıxacaq.

Krunoslav Renduliçə aid informasiyanı deyirəm. «Qısa sürən danışıqlardan sonra müqavilənin qarşılıqlı razılıq əsasında pozulmasına dair qərar verilib» - bax belə bir şey.

Rəhmətlik Elxan Məmmədovun sözü olmasın, niyə də yox?! İndi bunun üçün kifayət qədər əsas var.

Bu ilin martında Azərbaycana gələn, 2025-ci ilin yayınadək nəzərdə tutulan müqaviləyə imza atan xorvatiyalı ümidləri doğrultmadı.

Təəssüf ki, Krunonun «Sabah»ın iddiasına uyğun gəlməməsi bu qədər tez üzə çıxdı. Bəlkə də belə yaxşı oldu. Rəhbərllk bildi ki, o, böyük işlər üçün deyil, adi məşqçidir.

«Sabah» bu yay 6 rəsmi oyuna çıxıb. Başlanğıcda «Makkabi»ni 3:0 udublar. Sonrakı qarşılaşmaların yalnız 1-də heç-heçə ediblər.

«Şamaxı» ilə 2:2 bitmişdi həmin oyun da. «Makkabi»yə Masazırda 3:6 hesablı yenilgi ilə başlayan, «Zirə» və «Sent Partriks Atletik»lə davam edən uğursuzluqlar Renduliçin passivinə yazılmalıdır.

Bu, ona bağışlanmamalıdır. Taktiki və heyət sarıdan yol verilən məşqçi xətaları «Sabah»ı pley-off mərhələsindən, qrupdan məhrum etdi.

Abdulla Xaybullayev “Sabah”lıq biridirmi? Qətiyyən! İlk beş oyunda 1 dəqiqə şans qazanmayan Abdullanı «Sent Partriks Atletik»lə həlledici matça əsas heyətdə buraxan baş məşqçi, görəsən, bədənin hansı əzasıyla fikirləşib?

Sofian Çakla daha bu komandanın formasını geyinmək istəmir. Kruno onun son vaxtlar həvəssiz oynamasını müşahidə etmir ki?

Aldığı qırmızı vərəqə vaxtilə Avropada güclü klubların şərəfini qorumuş müdafiəçiyə yaraşarmı?

Çıxdığı hər matçda ürəklə mabarizə aparan, topu ayağmda saxlamağı bacaran, həm hücum, həm müdafiə planında işlək olan Anatoli Nuriyev niyə ehtiyatda qalmalıdır?

İrlandiya çempionatında yeddinci yerdə gedən, buraxılan qolların sayına görə ən zəiflərdən biri olan «Sent Partriks Atletik»ə iki matçda güc gələ, qol vura bilməyən komandadırmı “Sabah”? Əsla!

Rəhbərliyin yaratdığı şəraitin, göstırdiyin diqqət və qayğının əvəzində belə sonluq adekvat deyil. Yazıq oldu onlara.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…