COP29

“Sabah” yaxşı komandadır, amma biz daha yaxşıyıq"

17 Avqust 09:20 Sabah 566
“Sabah” yaxşı komandadır, amma biz daha yaxşıyıq"

“Sent-Patriks Atletik”in vingeri Zakari Elbuzedi Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda Bakıda "Sabah" üzərində qazandıqları qələbəni (1:0, ilk oyun 1:0) şərh edib.

Sportinfo.az xəbər verir ki, irlandiyalı yarımmüdafiəçi Azərbaycandakı qazandıqları uğurlu nəticə haqda da bunları deyib:

"Oyun çox gərgin alındı. Bakıdakı matç Dublindəkindən də çətin oldu.

Halbuki biz hər iki oyunda da eyni hesabla qələbə qazandıq. Cavab oyununda qol epizodlarımız az idi.

Amma bu da normaldır. “Sabah”la matçda müəyyən qədər bəxtimiz də gətirdi.

Hücumçumuz bir epizodda təkbətək qaldı, amma bundan yararlanmağı bacarmadı. “Sabah” yaxşı komandadır, amma biz daha yaxşı idik.

Ümid edirəm ki, biz Konfrans Liqasının əsas mərhələsinə yüksəlmək üçün mübarizə apara bilərik".

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…