COP29

"Sabah" məğlub oldu, legioneri azarkeşi hədələdi!

16 Avqust 22:20 Sabah 1 709
"Sabah" məğlub oldu, legioneri azarkeşi hədələdi!

"Sabah" avrokuboklarla üzücü məğlubiyyətlə ayrıldı.

"Makkabi" kimi güclü rəqibi mübarizədən kənarlaşdıran "tələbələr" İrlandiya təmsilçisi "Sent Patriks"in öhdəsindən gələ bilmədi.

İrlandiyadan 0:1 hesablı məğlubiyyətlə qayıdan Renduliçin yetirmələrinə ümid az deyildi.

Lakin evdə də ürəkaçan futbolla yadda qalmayan Masazır klubu eyni hesabla məğlub olaraq Konfrans Liqasında mübarizəni dayandırdı.

Qarşılaşmanın final fitindən sonra meydançanı ən gec tərk edən Boyan Letiç oldu.

Üzgün görünən futbolçu uzun müddət məyus halda meydanın mərkəzində dayandı.

Paltardəyişmə otağına yan alanda isə yolüstü azarkeşlərə təşəkkür etməyi unutmadı.

Amma Bosniya və Hersoqovinadan olan legioner xoşniyyətli addımının qarşılığında gözləmədiyi mənzərə ilə üzləşdi.

Tribunada yer alanlardan biri müdafiəçiyə xoş olmayan əl jesti etdi.

Başverənlərdən qəzəblənən Letiç isə qarşı tərəfə barmaq silkələdi.

Gərginliyin böyüməsinə klubun digər əməkdaşları imkan vermədi.

Onlar fanatları sakitləşdirib, futbolçunu paltardəyişmə otağına apardılar.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…