COP29

İrlandların Masazır səfərində GÖZDƏN QAÇMADI - FOTOLAR

16 Avqust 17:00 Sabah 1 995
İrlandların Masazır səfərində GÖZDƏN QAÇMADI - FOTOLAR

"Sabah" Konfrans Liqası ilə vidalaşdı.

"Tələblər" turnirin 3-cü təsnifat mərhələsinin ilk oyununda 0:1 uduzduğu "Sent Patriks"ə bu dəfə eyni hesabla evdə boyun əydi.

Oyunu işıqlandırmaq üçün "Bank Respublika Arena"ya ezam olunan Sportinfo.az-ın əməkdaşı matç ətrafında yaşanan bir sıra maraqlı hadisələri gözdən qaçırmayıb.

Oyun günü Masazırda əsl futbol bayramı yaşanırdı. Futbolsevərlərin arenaya rahat gediş-gəlişi üçün arenanın əsas yolları nəqliyyatın üzünə bağlanmışdı. Xüsusi buraxılış nişanlarına sahib olan sürücülər xaric.

Stadionun ərazisində tamaşaçılar üçün əyləncəli oyunlar təşkil olunmuşdu. Bu addıma yetəri qədər maraq olduğunu deyə bilərik.

Qonaq tribunasında bir irlandiyalı yer almamışdı. UEFA-nın tələblərinə uyğun olaraq 500 nəfərlik sektor isə tam olaraq boş saxlanmışdı.

Bu, qonaqların dəstəksiz qalması anlamına gəlməsin. Təxminən 15-20 qonaq azarkeş mərkəzi sektorda klubun atributlarına bürünərək 90 dəqiqə sevimli komandalarına dəstək oldular.

27-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyan Sofian Çakla uzun müddət meydançanın kənarında oturub məyus halda oyunu izlədi. Yalnız yan xətt hakimin təpkisindən sonra o, paltardəyişmə otağına yollandı.

8700 azarkeş tutumu olan idman qurğusunda boş yer az olsa da, dəstək o qədər də böyük deyildi. Fanklubun aktivliyi xaricində digər tamaşaçılar yalnız epizodik reaksiyalarla yadda qalırdı.

Final fitindən sonra azarkeşlərə təşəkkür etmək üçün yaxınlaşan Bojan Letiç gözləmədiyi halda etirazla qarşılaşdı. Yalnız klubun digər əməkdaşları onu sakitləşdirərə bildi.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…