COP29

"Qorxmuram, məsuliyyəti öz üzərimə götürürəm" - Renduliç

15 Avqust 23:10 Sabah 913
"Qorxmuram, məsuliyyəti öz üzərimə götürürəm" - Renduliç

"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşündə "Sent Patriks Atletik"ə 0:1 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav renduliç matçdan sonra kçeirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Hər şeyi gördüz. Bu gün biz rəqibdən daha yaxşı idik. Qırmızı vərəqədən sonra çox çətin idi. Amma buna baxmayaraq, biz yenə hər şeyə nəzarət edirdik. Bu iki oyunun çox hissəsini azlıqda oynadıq. Avropa səhnəsində bu, çox ağırdır. Futbolçular əllərindən gələni etməyə çalışdılar. Əfsuslar olsun ki, bu gün istəyimizə nail ola bilmədik.

- Hansı komponentlərə görə rəqibdən yaxşı olduğunuzu deyirsiz?

- Biz onlardan daha yaxşı idik. Amma əfsuslar olsun ki, uduzduq. Rəqib hansı komponentdə bizdən üstün idi? Siz ancaq nəticəyə baxırsız.

- Rəqib qapıya bir zərbə vurdu, o da qol oldu. Dəqiqlikdə sizdən üstün olduqlarını demək olmaz?

- Bəli, nəticə faktdır. Biz uduzduq.

- Tarixdə nəticə qalır...

- Razıyam. Amma futbolçularımın yanaşmasına heç nə deyə bilmərəm. Onlar döyüşdülər, mübarizə apardılar.

- "Sabah"da hər şey yaxşıdır?

- Mən belə söz demədim. Dedim ki, bu gün "Sent Patriks"dən daha yaxşı idik. Bəlkə mən başqa oyuna baxmışam?

- Uzun müddətdir futbol oynamayan Abdullah Xaybullayevi əsas heyətdə meydana buraxmağınızın səbəbi nə idi?

- İvan Lepiniça qırmızı vərəqəyə görə oynamırdı. Ayaz Quliyev də zədəlidir. Təxminən 3 ay oynamayacaq. Bir Şakir Seyidov qalmışdı. Xaybullayev Şakirə nisbətən daha güclü oyunçudur. Buna görə belə seçim etdim.

- Bugünkü məğlubiyyətdə günahkar kimdir?

- Həmişə baş məşqçi günahkardır. Qorxmuram, məsuliyyəti öz üzərimə götürürəm.

- Çox rahat görünürsüz. Bunun səbəbi nədir?

- Ötən mövsüm "Turan Tovuz"a məğlub olandan sonra da mənə belə sual vermişdilər. İşlə bağlı məsələlərdə heç vaxt rahat görünmürəm. Ola bilər sizə belə gəlir. Mənim üçün işim çox ciddidir.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…