COP29

"Azərbaycanda məğlub olsaq, normal qarşılayacağıq"

15 Avqust 01:20 Sabah 562
"Azərbaycanda məğlub olsaq, normal qarşılayacağıq"

"Uzun məsafə qət edərək, Azərbaycana gəldik.

Bir az yorğunluq var. Bununla belə, "Sabah"la görüşə yaxşı hazırlaşmışıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sent Patriks Atletik"in (İrlandiya) baş məşqçisi Stefan Kenni Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"la cavab matçı haqda deyib.

O bildirib ki, məqsədləri qələbə qazanaraq, növbəti mərhələyə adlamaqdır:

"Məğlub olsaq, bunu normal qarşılayacağıq. Çünki rəqib büdcə baxımından bizdən üstündür".

Bu gün “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Sent Patriks Atletik” qarşılaşması saat 20:00-da başlayacaq.

Komandalar arasında ilk oyun İrlandiya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…