COP29

“Bunu bacara bilsək, bizim üçün fantastika olar”

15 Avqust 00:50 Sabah 548
“Bunu bacara bilsək, bizim üçün fantastika olar”

"Sabah"nin legioneri Pavol Safranko Konfrans Liqası III təsnifat mərhələsinin "Sent Patriks Atletik"lə cavab matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, sloveniyalı hücumçu jurnalistlərin suallarını cavablandırıb:

- Komanda daxilində ab-hava necədir?

- Atmosfer çox yaxşıdır. Məşqlərimiz yaxşı keçir. Bu matçdan öncə istirahət və bərpa olunmaq üçün daha çox vaxtımız oldu. Hamımız bir-birimizə inanırıq. Azarkeşlərimizlə birlikdə çalışacağıq ki, klubumuz üçün ən yaxşısını edək.

- "Sabah"da şəxsi hədəflərin nədir?

- Əsas hədəfim hər oyundan qalib ayrılmaqdır. Qrup mərhələsinə vəsiqə qazanmağa çalışmalıyıq. Bunu bacara bilsək, bizim üçün fantastika olar. İnanıram ki, bu hədəfi gerçəkləşdirə bilərik. Çempionatda "Qarabağ"a qarşı mübarizə aparmağa çalışmaq lazımdır. Yaxşı mübarizə aparsaq, hər komandaya qalib gələ bilərik.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…