COP29

“Güclü və sağlam komandayıq, irəli gedəyəcəyik”

14 Avqust 23:40 Sabah 559
“Güclü və sağlam komandayıq, irəli gedəyəcəyik”

“İndi hədəf barədə danışmaq istəmirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın müdafiəçisi Sofian Çakla deyib.

İspaniya pasportu daşıyan legioner “avrokubok mövsümündəki hədəfiniz qrup mərhələsidirmi” sualına cavabında bunları söyləyib

“İnşallah, daha yaxşı hazırlaşıb, daha az səhvlərə yol verməklə yaxşı nəticələrə imza ata bilərik.

Güclü komandamız, sağlam kollektivimiz var. Bacardığımız qədər irəliləyəcəyik.

“Makkabi”ni keçməklə iddialı ola biləcəyimizi göstərmişik. Hər şeyin bizim üçün yaxşı olacağına inanıram”.

“Sabah” Konfrans Liqasının III təsnifat mərhələsində "Sent Patriks Atletik"ə rəqibdir.

İlk oyunda İrlandiya təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Cavab matçı avqustun 15-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…