COP29

"Şükür Allaha, əziyyətimiz yerdə qalmadı" - KAPİTAN

4 Avqust 2024 01:20 Sabah 421
"Şükür Allaha, əziyyətimiz yerdə qalmadı" - KAPİTAN

“Çox çətin oyun alındı.

İkinci matçda meydanda fərqli rəqib komanda gördük.

Nə qədər ağır olsa da, yekunda istəyimizə çatdıq. Şükür Allaha, əziyyətimiz yerdə qalmadı. Sevinirik ki, mərhələni adlayan tərəf bizik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın yarımmüdafiəçisi Elvin Camalov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində penaltilər seriyasında Hayfa “Makkabi”sini məğlub etdikləri oyun haqda deyib.

O bildirib ki, matçın gedişində bəzi epizodlarda rəqib qarşısında çarəsiz qalıblar:

“Matça yaxşı başlamamışdıq. Səfər oyununda da belə olmuşdu.

Lakin orda 20-ci dəqiqədən sonra toparlandıq. Bu dəfə isə ilk hissədə toparlanmaq alınmadı.

Bununla belə, sona kimi mübarizə apardıq, əlimizə düşən qol epizodlarından yaxşı istifadə etdik. Əziyyətimizin bəhrəsini gördük”.

Digər Xəbərlər
Xəbər Lenti