COP29

Avtomatlılar, kiçik insident, örnək kapitan

2 Avqust 21:00 Sabah 594
Avtomatlılar, kiçik insident, örnək kapitan

"Makkabi Hayfa"nın sonuncu Bakı səfərini israilli futbolsevərlər uzun müddət unutmayacaq.

"Yaşıllar" cavab qarşılaşmasında 6 qol vurmalarına baxmayaraq, mərhələni adlaya bilmədilər.

Hayfadan və başqa şəhərlərdən Masazıra 40-a yaxın qonaq azarkeş təşrif buyurmuşdu. Oyunun əvvəlində israillilərlə yerli fanatlar arasında kiçik insident yaşansa da, polislər mümkün qalmaqalın qarşısını vaxtında aldılar.

Ümumiyyətlə, "Makkabi"nin tərəfdarları son dərəcə sakit və təmkinli görünürdülər. Hətta komandaları qolları sıtalayanda belə, onların yer aldığı tribunadan sanki səs çıxmırdı.

İsraillə Fələstin münasibətlərii nəzərə alan Azərbaycan hökuməti qonaqların təhlükəsizliyinin xüsusi şəkildə nəzarətdə saxlanılmasına dair tapşırıq vermişdi.

Əli avtomatlı polislər "Makkabi"ni qoruyur, kimsəni onlara yaxın buraxmırdı. Hətta stadiona bitişik yaşayış binasının pəncərəsindən baxan sakinlər də nəzarətdə saxlanılırdı.

Uduzan komandanın futbolçularından heç birini müsahibəyə razı salmaq mümkün olmadı.

Vaxtilə "Neftçi"nin formasını geyinmiş Kenni Sayef sorğu-sual istəyimə elə reaksiya verdi ki, sanki penaltini qeyri-dəqiq vurmasının günahkarı mən olmuşam.

Kapitan Lior Rafaelova əhsən! 38 yaşlı futbolçu müaahibəyə "baş üstə" dedi.

Amma bir şərtlə, mətbuat katibi icazə verəcəyi halda.

Klubun sözçüsü kapitana ölkədən kənarda media mənsubları ilə ünsiyyət qurmaq qadağasının qoyulduğunu bldirdi, o da üzr istəyərək danışa bilməyəcəyini söylədi.

Beləcə, "Makkabi"nin üzgün nümayəndə heyəti "Əlincə Arena"nı xüsusi mühafizə altında tərk etdi.

"Sabah"ın futbolçuları isə yorğunluqdan taqət, sevincdən uçmağa qanad axtarırdılar.

HIƏBİB

Digər Xəbərlər
Xəbər Lenti