COP29

"Sabah" - Fantastik axşamın şanslı qəhrəmanı!

1 Avqust 23:00 Sabah 1 360
"Sabah" - Fantastik axşamın şanslı qəhrəmanı!

Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Sabah" - "Makkabi" (Hayfa, İsrail) ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, Bakıdakı “Bank Respublika Arena”da baş tutan məhsuldar görüş qonaq komandanın 6:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Təmsilçisim səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən ümumi hesab bərabər olub və qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılıb.

Burada da qalib tərəf bəlli olmadığından qarşılaşmanın taleyi penaltilər seriyasında müəyyənləşib.

Penaltilər seriyasında daha dəqiq oynayan (3:2) "Sabah" Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlib.

1 avqust

"Sabah" – "Makkabi" (Hayfa) 3:6 (penaltilər 3:2)
Qol: Pavol Şafranko, 47. Kahim Parris, 71. Coy Lens-Mikels, 103 – Dolev Haziza, 17. Frantsdi Pyerro, 67; 90. Lorenso Şimiç, 70. Lior Refaelov, 73. Din David, 112.
Hakimlər: Peter Kraloviç, Tomaş Straka, Matey Zemko, Boris Marhefka (hamısı Slovakiya).
Masazır. “Masazır Arena”.
İlk oyun – 3:0.

"Sabah": 1. Yusif İmanov, 7. Boyan Letiç, 3. Con İrazabal, 44. Sofian Çakla, 2. Amin Seydiyev (k), 13. İvan Lepinitsa, 8. Ayaz Quliyev, 20. Coy Lens-Mikels, 70. Jesse Sekidika, 28. Kahim Parris, 18. Pavol Şafranko.
Ehtiyat oyunçular: 16. Rustəm Samiqullin, 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 10. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 77. Şakir Seyidov, 88. Xəyal Əliyev, 99. Nyeqos Kupusoviç.
Baş məşqçi: Krunoslav Renduliç.

"Makkabi:" 40. Şarif Keuf, 27. Pyerr Kornud, 34. Aleksandr Sirota, 44. Lorenso Şimiç, 2. Daniel Sandqrin, 26. Mahmud Caber, 4. Ali Mohammed, 8. Dolev Haziza, 6. Qadi Kinda, 91. Dia Sabia, 9. Frantsdi Pyerro.
Ehtiyat oyunçular: 13. Tomas Sultani, 11. Liar Rafaelov, 16. Kenni Sayef, 17. Suf Podqeranu, 18. Qoni Naor, 23. Maor Kandil, 28. İlai Hacac, 30. Abdulaye Şek, 36. Hamza Şibli, 38. Omer David Dahan, 42. Roey Elimelex, 55. Rami Qerşan.
Baş məşqçi: Barak Baxar.

Digər Xəbərlər
Xəbər Lenti