COP29

"Makkabi"nin çalışdırıcısı: "Sabah"a yaxşı hesabla qalib gələcəyik"

1 Avqust 19:20 Sabah 612
"Makkabi"nin çalışdırıcısı: "Sabah"a yaxşı hesabla qalib gələcəyik"

“Makkabi”тшт (Hayfa) baş məşqçisi Barak Baxar “Sabah”a qarşı bu gün Bakıda keçiriləcək Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, klubun rəsmi saytına danışan israilli mütəxəssis komandasının şanslarını dəyərləndirib:

“İlk oyunda çox pis nəticə oldu. Oyuna yaxşı başladıq, lakin matç irəlilədikcə idarəetməni itirdik.

Bu baş verməməli idi. Bütün həftə düzgün oynamaq, aqressiv olmaq üçün çalışdıq.

İnanırıq ki, “Sabah”a yaxşı hesabla qalib gələcəyik. Çətin olacağını bilirik, amma inanırıq.

Ancaq biz çətinlikləri dəf etmək və heyrətamiz işlər görmək üçün buradayıq”.

Hayfa təmsilçisinin baş məşqçisi Barak Baxarın dünən oyunöncəsi mətbuat konfransı baş tutmayıb. Buna səbəb komandanın Bakıya gecə saatlarında çatmasıdır.

Digər Xəbərlər
Xəbər Lenti