COP29

“Sabah”a görə Bakıya bilet alanlar hansı məkanı seçdi?

31 İyul 14:40 Sabah 796
“Sabah”a görə Bakıya bilet alanlar hansı məkanı seçdi?

“Sabah”ın Konfrans Liqasındakı rəqibi “Makkabi Hayfa”nın Bakı planı məlum olub.

İsrail təmsilçisi ölkəmizə iyulun sonuncu günündə təşrif buyuracaq.

Qonaqları gətirəcək təyyarə oyundan 1 gün əvvəl səhər saatlarında Bakıya enıəcək.

“Makkabi”nin məşqçi və futbolçu, eləcə də nümayəndə heyəti paytaxtımızın əsas məkanlarından hesab olunan “Hilton”da məskunlaşacaq.

İyulun 31-i axşam saatlarında “Makkabi”nin “Əlincə Arena”da matçöncəsi son məşqi və rəqib çalışdırıcı Barak Baxarın mətbuat konfransı baş tutacaq.

Macarıstanda keçirilən ilk oyun təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Avqustun 1-i gerçəkləşəcək cavab qarşılaşması saat 20:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti