COP29

“Makkabi”ni ciddiyə almadı, ümid qaldı 30 nəfərə

30 İyul 20:40 Sabah 942
“Makkabi”ni ciddiyə almadı, ümid qaldı 30 nəfərə

Konfrans Liqasındakı təmsilçimiz “Sabah” “Makkabi Hayfa” ilə cavab görüşünə çıxacaq.

İsrail təmsilçisinin Macarıstanda keçirilən ilk görüşdə 0:3 hesabı ilə məğlub olması azarkeşlərin əhvalına təsir etməyib.

Əksinə, onlar sevimli komandalarının mərhələ keçəcəyinə inanır və bu yolda onlara dəstək olmaq istəyirlər.

Sportinfo.az xəbər verir ki, oyun günü stadionda 30-35 nəfər “Makkabi” azarkeşi yerini tutacaq.

Hayfa klubu bununla bağlı meydan sahibi “Sabah”a müraciət edərək onlara yer ayrılmasını və təhlükəsizliklərinin təmin olunmasını xahiş edib.

Fanatlar Bakıya gəlməyi özlərinə borc bilsələr də, qarşılaşmanı işıqlandırmaq üçün stadiona yalnız yerli media mənsubları təşrif buyuracaq.

Bu dəqiqəyə qədər israilli jurnalistlərdən bir nəfər də olsun akkreditasiya üçün müraciət etməyib.

Aqustun 1-də “Əlincə Arena”da keçiriləcək “Sabah” – “Makkabi” matçı saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTINFO/AZ

Digər Xəbərlər
Xəbər Lenti