COP29

“Telegraf" manşet atdı: "Sabah" onu heç kimin olmadığı qədər biabır etdi"

26 İyul 23:00 Sabah 1 284
“Telegraf" manşet atdı: "Sabah" onu heç kimin olmadığı qədər biabır etdi"

"Sabah"ın Konfrans Liqasının ikinci mərhələsində "Makkabi" (Hayfa) üzərində inamlı qələbəsinə (3:0) Serbiya mətbuatı da yer ayırıb.

Bu da təsadüfi deyil.

Axı, hazırda "Makkabi"nin baş məşqçisi olan Barak Bahar 2023/24 mövsümünün ilk 6 ayı ərzində Belqradın "Srvena Zvezda" klubunun baş məşqçisi olub.

QOL.az-ın xəbərinə görə, "Makkabi" - "Sabah" oyununa toxunan Serbiyanın "Telegraf" nəşri yazır: "Srvena Zvezda"nın sabiq baş məşqçisi Barak Bahar ev oyununda karyerasının ən acınacaqlı məğlubiyyətlərindən birini yaşadı. Azərbaycanın "Sabah" komandası "Makkabi" Hayfaya 3:0 hesabı ilə ağır məğlubiyyət yaşatmağı bacardı. Bununla onlar böyük ehtimalla "Makkabi"ni avrokuboklardan kənarlaşdırmağa yaxındırlar. Biz "böyük ehtimalla" deyirik. Ona görə ki, Bakıda hələ revanş matçı var. Amma inanmaq çətindir ki, "Sabah" 3 qolluq üstünlüyü əldən versin".

Qəzet daha sonra yazır: "Əgər siz unutmusunuzsa, "Partizan" (Serbiya - red.) ötən mövsüm "Sabah"la Bakıda qarşılaşmış və 0:2 hesabı ilə uduzmuşdu. Cavab oyununda isə "Partizan" penaltilər seriyası sayəsində Azərbaycan komandasını mübarizədən kənarlaşdıra bilmişdi.

Bu gün axşam matçın birinci hissəsində hər şey sakit gedirdi və Barak Baharın komandasının ağır məğlubiyyətə uğrayacağının əlamətləri yox idi. Amma ikinci hissədə, xüsusən onun son 30 dəqiqəsində Azərbaycan komandası ağlasığmaz oyun sərgilədi".

"Telegraf" bu yazını "Barak Bahar çətinlik qarşısında. "Partizan"ı Avropadan az qala uzaqlaşdıracaq komanda onu (Baharı - red.) heç kimin olmadığı qədər biabır etdi" başlığı ilə verib.

Serbiyanın başqa bir nəşri "Mondo" qəzeti də bu oyuna toxunub. Nəşr yazır ki, Barak Baharın rəhbərliyi altında "Makkabi" Hayfa Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb (2022/23 mövsümündə). Hətta orada "Yuventus"a qalib gələ bilib (2:0).

"Onun komandası indi əvvəlki səviyyədə deyil. Halbuki o vaxtkı heyətdən bir çox oyunçu hələ də bu komandadır".

"Mondo" qeyd edir ki, "Sabah" "Makkabi"ni ağır məğlubiyyətə uğradıb: "Azərbaycan komandası üçüncü mərhələyə yüksəlmək üçün iri addım atdı. İndi onlara yalnız bugün axşamkı nəticəni qoruyub saxlamaq qalır. Əgər İsrail komandası gələn həftə möcuzə yaratmasa, bu, yayda yenidən baş məşqçi vəzifəsinə qayıtmış Baharın rəhbərliyi ilə "Makkabi" üçün ağrıdıcı məğlubiyyət olacaq".

"Sabah" - "Makkabi" oyunu avqustun 1-də Bakıda keçiriləcək (qol.az).

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?