COP29

Konfrans Liqasındakı təmsilçimizin içindən ƏN SON XƏBƏR

19 İyul 16:00 Sabah 855
Konfrans Liqasındakı təmsilçimizin içindən ƏN SON XƏBƏR

“Xeyr, komanda Bakıya qayıtmayacaq, Sloveniyadan birbaşa Macarıstana yola düşəcək”.

“Sabah”ın mətbuat katibi Elnur Həmidov Sportinfo.az-a açıqlamasında “tələbələr”in planındakı dəyişiklik haqda məlumat verib.

Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv Konfrans Liqasındakı ilk oyunu səfərdə keçirəcəyindən, baş məşqçi Bakıya qayıtmağı məqbul saymayıb.

Həmidov “Sabah”ın Avropa marşrutu haqda detallı danışıb:

“Komanda iyulun 17-də Sloveniyada sonuncu yoldaşlıq görüşünü keçirib, ertəsi günorta saatlarında buranı tərk edəcək. Məsafə yaxın olduğundan, Sloveniyadan Macarıstana avtobusla yollanmaq nəzərdə tutulub.

Kollektiv qarşıdakı bir həftəni Budapeştdə məskunlaşacaq və oyunun son hazırlıqlarını burada keçirəcək. Matçdan bir gün öncə oyunun keçiriləcəyi Kişvarda şəhərinə yola düşəcək”.

Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində “Makkabi Hayfa” ilə “Varkert” stadionunda keçiriləcək ilk oyun iyulun 25-də Bakı vaxtı ilə saat 21:15-də start götürəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?