COP29

“Sabah” müraciət etdi - “Makkabi” ilə səfər matçına getmək istəyənlərə

15 İyul 13:40 Sabah 433
“Sabah” müraciət etdi - “Makkabi” ilə səfər matçına getmək istəyənlərə

"Sabah" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində İsrail təmsilçisi "Makkabi" (Hayfa) ilə keçirəcəyi səfər matçını canlı izləmək istəyən Avropada yaşayan azarkeşlərə gediş və qayıdış üçün avtobuslar təşkil edəcək.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyuna getmək istəyən azarkeşlər avtobusla yanaşı, biletlə də təmin olunacaqlar.

Avtobuslar iyulun 25-də, saat 15:00-da Azərbaycanın Budapeşt şəhərində yerləşən səfirliyinin önündən yola düşəcək. Biletlər azarkeşlərə avtobusda təqdim ediləcək.

Yerlər məhdud olduğundan, ilk qeydiyyatdan keçənlərin müraciəti nəzərə alınacaq.

"Makkabi" - "Sabah" matçı iyulun 25-də Macarıstanın Kişvarda şəhərində yerləşən "Varkert" stadionunda, yerli vaxtla saat 19:00-da keçiriləcək.

Xəbər Lenti