COP29

“Sabah” – "Makkabi": Bu gün biletlər satışa çıxarılacaq

12 İyul 13:40 Sabah 679
“Sabah” – "Makkabi": Bu gün biletlər satışa çıxarılacaq

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah” (Azərbaycan) – "Makkabi" (Hayfa, İsrail) qarşılaşmasının biletləri bu gün saat 19:00-dan etibarən satışa çıxarılacaq.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Sabah”ın avrokuboklarda ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilərlər.

"Bank Respublika Arena"nın kassalarında və başqa satış məntəqələrində bilet satışlarına da qarşıdakı günlərdə başlanması nəzərdə tutulub.

Bilet almaq üçün (https://iticket.az/.../sport/sabah-fk-maccabi-haifa/122973) linkinə daxil ola bilərsiniz.

Qeyd edək ki, “Sabah” – "Makkabi" matçı avqustun 1-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.

QEYD:
1. Oyuna gecikən tamaşaçılar ( 1-ci hissə bitəndən sonra) stadiona buraxılmayacaq.

2. Stadiona qida məhsulları, şüşə və plastik qablarda içki, bərk bağlamalı olan qablarda və bankalarda qida məhsulları ilə daxil olmaq, qəti surətdə qadağan olunur.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?