COP29

Gənc azərbaycanlı futbolçulara Sloveniyada YAXŞI FÜRSƏT

7 İyul 22:55 Sabah 1 221
Gənc azərbaycanlı futbolçulara Sloveniyada YAXŞI FÜRSƏT

"Sabah"ın Sloveniya toplanışı davam edir.

Təmsilçimiz hazırlıq çərçivəsində artıq ilk yoxlama matçını da keçirib.

"Tələbələr" yerli "Koper" klubu ilə üz-üzə gəlib.

Qarşılaşma Krunoslav Renduliçin yetirmələrinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qələbə qazanmaq hər zaman xoşdur. Amma sınaq matçında diqqətimi çəkən bir başqa məsələdir.

Daha əvvəl xəbər verdiyimiz kimi, "Sabah" ötən mövsüm digər Premyer Liqa klublarına icarəyə verdiyi futbolçuları da özü ilə Sloveniya toplanışına aparıb.

Söhbət Abdulla Rzayev, Şakir Seyidov, İldar Ələkbərov və Camal Cəfərovdan gedir.

Baş məşqçi Krunoslav Renduliç "Koper" önündə ilk üç futbolçunu start heyətində meydana buraxıbsa, Cəfərovu fasilədən sonra oyuna daxil edib.

Xorvatiyalı çalışdırıcı adıçəkilənlərdən başqa Xəyal Əliyev və Abdulla Xeybullayev kimi gəncləri də əsas heyətdə şans verib.

Normalda "Sabah" kimi iddialı klublarda gənclərin şans qazanmaq fürsəti o qədər də geniş olmur.

Tələblər buna imkan vermir. Düşünmək olardı ki, bu futbolçuların ölkə xaricinə aparılması da müəyyən qədər xoş görüntü yaratmağa hesablanıb. Ən yaxşı halda isə məşqlərdə özünü isbatlayan kimisə meydanda görə bilərdik.

Amma Renduliçin addımları onu göstərir ki, əcnəbi mütəxəssis yeni mövsüm gənclərə daha çox güvənməyi qarşısına məqsəd qoyub.

Burada isə əsas iş futbolçuların üzərinə düşür.

Bir məşqçi onların ölkə xaricində keçirilən toplanışa aparılmasına qərar verir, sınaq matçlarında meydana çıxmalarına şərait yaradır.

Gənc oyunçular üçün bundan əla fürsət?

İndi qalır həmin şansı dəyərləndirmək.

Əks halda yenə "Kəpəz", "Araz" kimi autsayder klublarda çıxış etməyə məhkum qalacaqlar.

Ötən mövsüm olduğu kimi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 11:20 Çox qazanacaqsız!
5 Oktyabr 08:40 "Sabah"da yeni oyunçu
5 Oktyabr 04:00 Qapmıza 6 qol vurdular
5 Oktyabr 02:40 Qazaxıstana məğlub olduq
5 Oktyabr 02:30 Nə vaxt qayıdacaqlar?