COP29

"Sabah" Sloveniyada siftəni yaxşı gətirdi - FOTOLAR

7 İyul 01:00 Sabah 2 158
"Sabah" Sloveniyada siftəni yaxşı gətirdi - FOTOLAR

Yaya hazırlığını Sloveniyada keçirən "Sabah" təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv yerli "Koper" komandası ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

Yeganə qolu 43-cü dəqiqədə Abdulla Xaybulayev vurub.

Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Sloveniyanın yüksək liqasında çıxış edən "Koper" ötən mövsümü 5-ci pillədə tamamlayıb.

"Sabah" Sloveniyada daha 3 yoxlama oyunu keçirəcək. Komanda iyulun 10-da Serbiyanın “Çukariçki”, 13-də Ukraynanın “Krivbass”, 17-də isə Ukraynanın “Rux” (Lvov) klubu ilə qarşılaşacaq. "Sabah" iyulun 18-də Bakıya qayıdacaq.

Xəbər Lenti