COP29

Növbəti problem - "Sabah" üçün Bakıya gəlməyəcək

4 İyul 14:20 Sabah 659
Növbəti problem - "Sabah" üçün Bakıya gəlməyəcək

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin qarşıdakı oyunlarında “Sabah”ın rəqibi olan “Makkabi" mərkəz müdafiəçisi çatışmazlığı yaşayır.

Sportinfo.az “mako.co.il2 portalına istinadən xəbər verir ki, ailə səbəbi ilə bağlı hələ də vətənində olan və kluba qayıtmayacağı gözlənilən seneqallı mərkəz müdafiəçisi Abdoulaye Seklə yanaşı, Parisdə İsrailin Olimpiya yığmasına cəlb olunacaq Şon Qoldberq də “Sabah”la oyunu buraxacaq.

Belə olan halda ehtiyat və komandada dördüncü stoper sayılan Rami Qerşon “Sabah”la oyuna çıxacaq.

“Sabah” – “Makkabi” matçları iyulun 25-i və avqustun 1-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti