COP29

“Makkabi”nin baş məşqçisi “Sabah”ı fikirləşir: “Hər kəs 100 faiz gücünü ortaya qoymalıdır”

3 İyul 16:20 Sabah 470
“Makkabi”nin baş məşqçisi “Sabah”ı fikirləşir: “Hər kəs 100 faiz gücünü ortaya qoymalıdır”

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Makkkabi" (İsrail) təlim-məşq toplanışı üçün İspaniyaya yollanıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Hayfa klubunun baş məşqçisi Barak Bakar səfər zamanı hava limanında açıqlama verib

O, "Sabah"la oyuna yaxşı hazırlaşmalı olduqlarını bildirib:

“Bir həftədən çoxdur məşqlərə başlamışıq. Gənc və təcrübəli futbolçuları komanda ətrafında birləşdirmək üçün hələ çox iş görməliyik.

Komandada hər kəs İspaniyadakı təlim-məşq toplanışını gözləyirdi. Məqsəd yeni mövsümün ilk rəsmi oyunlarına ən yaxşı vəziyyətdə hazır olmaqdır.

Bunun üçün planlarımız var. Ona görə də çox çalışmaq vacibdir.

Hər kəs 100 faiz gücünü ortaya qoymalıdır. İnanıram ki, hazır formada geri dönəcəyik”,

“Sabah”ın “Makkabi” ilə ilk oyunu iyulun 25-də səfərdə, cavab görüşü isə avqustun 1-də evdə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti