COP29

Azərbaycan klubu bu dəfə əcnəbi forvarda qapını göstərdi

3 İyul 00:40 Sabah 742
Azərbaycan klubu bu dəfə əcnəbi forvarda qapını göstərdi

“Sabah” hücumçu Emmanuel Apehlə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, nigeriyalı ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Masazır təmsilçisi Apehə kluba xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Emmanuel Apeh 2022-ci ilin yayından "Sabah"da çıxış edirdi. 27 yaşlı forvard komandanın heyətində meydana çıxdığı 75 rəsmi matçda 16 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti