COP29

İnanmaq çətindir, amma... Premyer Liqa klubu 1 milyona yaxın xərcə düşüb?

1 İyul 13:40 Sabah 1 127
İnanmaq çətindir, amma... Premyer Liqa klubu 1 milyona yaxın xərcə düşüb?

"Sabah"ın yeni transferi İvan Lepinitsa üçün nə qədər xərclədiyi bəlli olub.

Sportinfo.az xəbər verir ki, Masazır klubu xorvatiyalıya görə əvvəlki komandası olan “Slaven Belupo”ya 500 min avro ödəyib. (təxminən 911 min manat)

Bu barədə tanınmış “transfermarkt.com” portalı məlumat yayıb.

Qeyd edək ki, bu rəqəm Xorvatiya mətbuatının əvvəllər bildirdiyi rəqəmdən (400 min avro) yüksək olub.

Əlavə edək ki, 24 yaşlı futbolçunun “Slaven Belupo” ilə müqavləsi 2025-ci il mayın 31-nə qədər idi.

O, əvvəllər “Riyeka”, “Zadar”, “Arminiya” klublarında oynamışdı. “Sabah” isə onunla 3 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO