COP29

“Qarabağ”la “Sabah” üz-üzə gəldi, biabırçılıq baş verdi - VİDEO

2 İyul 22:20 Sabah 6 939
“Qarabağ”la “Sabah” üz-üzə gəldi, biabırçılıq baş verdi - VİDEO

Azərbaycan futbolunda növbəti hakim biabırçılığı yaşanıb.

Bu dəfə hər kəsi üzən hadisə U-14 liqasının finalına təsadüf edib.

Çempionluğun taleyini həll edən görüşdə "Qarabağ" və "Sabah" üz-üzə gəlib.

"Tələbələr"in 1:0 öndə olduğu vaxtda referi onların qapısına gülməli penalti təyin edib.

"ASCO Arena"da keçirilən matçda "Sabah"ın futbolçusu qaydanı cərimə meydançasından kənarda pozub.

Hər kəsin aydın şəkildə gördüyü epizodu oyunun baş hakimi düzgün qiymətləndirə bilməyib.

Belədə "Qarabağ"ın lehinə penalti qərarı verilib.

Onbir metrlik zərbəni dəqiq yerinə yetirən 'köhlən atlar" davamında növbəti qolu vuraraq çempionluq tituluna sahib çıxıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Məlum epizodun videosuna aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO