COP29

Konfrans Liqasında iştirak edəcək klubda üzlər gülür – Geri dönür

29 İyun 23:20 Sabah 1 810
Konfrans Liqasında iştirak edəcək klubda üzlər gülür – Geri dönür

“Sabah”ın aparıcı futbolçularından olan Vinsent Tillin yaşıl meydanlara dönüşü tezləşə bilər.

Bu ilin fevralında “Qarabağ”la oyunda zədələnərək əməliyyata məruz qalan lüksemburqlu yarımmüdafiəçinin yaşıl meydanlara qayıdışı avqust-sentyabr aylarında nəzərdə tutulmuşdu.

Arxa çarpaz bağlarının qırılması diaqnozu ilə əməliyyat masasına uzanan Tillin müalicəsi gözləniləndən də yaxşı keçir.

Bu isə o deməkdir ki, “12 nömrə” Premyer Liqanın ilk turlarında, hətta “Makkabi” ilə cavab matçında meydana çıxa bilər.

Bu barədə məlumatı Sportinfo.az-a klubun mətbuat katibi Elnur Həmidov verib:

“Till hazırda vətənində bərpa prosesindədir. Əməliyyatdan sonra onun yaşıl meydanlara qayıdışının ən yaxşı halda avqustda mümkün olacağı bildirilmişdi.

Lakin müalicə və bərpa sürətlə inkişaf etdiyindən, artıq iyulun əvvəlində topla fərdi çalışmalara, ardınca kollektivlə birgə məşqlərə başlaması mümkündür.

Bu günə olan son durum belədir. Ağır zədədən sonra “Makkabi Hayfa” ilə oyunlarda iştirak edib-etməyəcəyinə dair söz deyə bilmərəm”.

“Sabah”la “Makkabi Hayfa” arasında ilk oyun iyulun 25-də Macarıstanda, cavab qarşılaşması avqustun 1-də Bakıda keçiriləcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?