COP29

"Bu cür şokdan sonra ağızda sanki çox xoşagəlməz acı dad qalır"

29 İyun 14:20 Sabah 857
"Bu cür şokdan sonra ağızda sanki çox xoşagəlməz acı dad qalır"

"Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Xorvatiya millisinin AVRO-2024-ün B qrupunun 3-cü turunda İtaliya lə heç-heçə (1:1) nəticəsini şərh edib.

Sportinfo.az xəbər verir ki, Bakı klubunun xorvatiyalı çalışdırıcısı Zlatko Daliçin rəhbərlik etdiyi kollektivin Avropa çempionatında pley-off mərhələsinə vəsiqə qazana bilməməsi haqda da danışıb:

"Mən buna inana bilmirəm. Sadəcə, inanılmazdır.

Oyuna əlavə edilmiş 8-ci dəqiqədə qol buraxdıq. Başa düşmürəm, hakim niyə bu qədər vaxt əlavə etmişdi?

Nəyə əsasən? Tamamilə qəribə bir qərardır.

Bu cür şokdan sonra ağızda sanki çox xoşagəlməz acı dad qalır. Amma biz realist olmalıyıq.

Xorvatiya İtaliya ilə yox, Albaniya ilə görüşdə mübarizədən kənar qaldı. Səhv idi, belə olmamalıydı

Yaxşı oynadıq, İtaliyanın bəzi hücumlarına tab gətirdik, sonra qol vurduq və geri çəkildik. Ardınca son saniyələrdə qol buraxırıq.

Taktika yaxşı idi, bəlkə də çatışmayan yeganə məsələ Stanisiç və Qvardiolun cinahlarda bir az daha üstün oyunu idi.

Ante Budimirin meydana çıxmasından sonra ilə İtaliya müdafiəsi üzərində təzyiq gücləndi, bununla da qol vurduq.

Amma sonradan şok yaşadıq. İtaliyaya gəlincə, bu, əvvəlki komanda deyil.

İtaliya dedikdə həmişə 20-30 il əvvəlki komanda nəzərdə tutulur.

İndi bu eyni keyfiyyət və səviyyə deyil. Bununla belə, bizi üstələdilər".

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?