COP29

Xorvatiyadan yeni oyunçu aldı, “Sabahınız xeyir”lə təqim etdi - VİDEO

27 İyun 16:20 Sabah 696
Xorvatiyadan yeni oyunçu aldı, “Sabahınız xeyir”lə təqim etdi - VİDEO

2024/2025 mövsümü öncəsi transfer çalışmalarını davam etdirən "Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, xorvatiyalı dayaq yarımmüdafiəçisi İvan Lepinitsa ilə "3+1" illik müqavilə imzalanıb.

24 yaşlı futbolçu yerli "Slaven Belupo"dan transfer edilib.

O, karyerası ərzində Xorvatiyanın "Rieka" (2018-2023), həmçinin icarə əsasında bu ölkənin "Zadar" (2018/2019), Almaniyanın "Arminiya" (2022/2023) klublarında çıxış edib. 2023-cü ildə "Rieka"dan "Slaven Belupo"ya keçib.

Xorvatiya millsinin U-19, U-20 və U-21 komandalarının da şərəfini qoruyub.

İvan "Sabah"da 13 nömrəli formada çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?