COP29

Super Liqa klubu ilə müqaviləsini pozdu, "Sabah"dan 300 min dollar istədi

24 İyun 16:00 Sabah 3 621
Super Liqa klubu ilə müqaviləsini pozdu, "Sabah"dan 300 min dollar istədi

«Adana Demirspor»la müqaviləsinə xitam verən Şahruddin Məhəmmədəliyev Azərbaycana qayıda bilər.

Uzun illər «Qarabağ»ın formasını geyinmiş qapıçı «Sabah»ın danışıqlar aparmaqla bağlı təklifini qəbul edib.

Millinin «1 nömrə»sinin bu formanı geyinmək üçün Konfrans Liqasının iştirakçısından nə qədər pul istəməsi də bizə bəllidir. «Şah»ın ürəyindən keçən illik məbləğ 300 min dollardır.

Şahruddin Məhəmmədəliyev 3 gün öncə "Adana Demirspor"la müqaviləsini birtərəfli qaydada ləğv edib.

30 yaşlı qolkiper ötən mövsümdən indiyə kimi sözləşməsinə nöqə qoyulan 4-cü futbolçu olub. Daha əvvəl Yusuf Ərdoğan, Dorukhan Toköz və Mustafa Kapı müqavilələrini birtərəfli qaydada pozmuşdu.

Badou Ndiaye, Younes Belhanda, Yonas Svensson və Kevin Rodriqes isə qarşılıqlı razılaşma əsasında klubla yollarını ayırmışdı.

Şahruddin Məhəmmədəliyev 2023-cü ilin sentyabrından Türkiyə Superliqası təmsilçisində oynayırdı. O, klubun heyətində 25 rəsmi matçda meydana çıxıb, 40 qol buraxıb, 5 oyunda qapısını toxunulmaz saxlayıb.

2023-cü ilin sentyabr ayında "Qarabağ"dan "Adana Demirspor"a keçən "Şah" təsadüfən buradan ayrılmaq qərarına gəlməyib.

Adana klubunun ona üst-üstə 6 aydan artıq maaş borcu var. Bu azmış kimi, şans qazandığı oyunların bir çoxuna görə bonus almayıb.

Dağıstan kökənli kiper azad agent statusu almaqdan ötrü ona çatacaq pulun əhəmiyyətli hissəsindən imtina edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?