COP29

"Mümkün rəqiblər arasında ən çətin variantla üzləşdik"

29 İyun 09:40 Sabah 884
"Mümkün rəqiblər arasında ən çətin variantla üzləşdik"

“Sabah” Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin “Makkabi” (Hayfa) klubu ilə qarşılaşacaq.

Sportinfo.az-a açıqlama verən Masazır təmsilçisinin kapitanı Elvin Camalov püşkün nəticəsini dəyərləndirib:

"Püşkdən öncə çətin rəqiblə qarşılaşacağımız bəlli idi. Ümumiyyətlə, avrokuboklara vəsiqə qazanan bütün komandalar öz ölkəsinin güclüləridir.

Yəni, istənilən halda hansısa rəqibi asan adlandırmaq olmazdı. Amma fikrimcə, mümkün rəqiblər arasında ən çətin variantla üzləşdik.

Lakin narazılıq etməyə dəyməz. Meydana çıxıb ən yaxşı şəkildə mübarizə aparmalıyıq.

İnanıram ki, "Makkabi" ilə oyunlarda yaxşı nəticə qazanaraq azarkeşlərimizi və bizə inanan insanları sevindirəcəyik".

Qeyd edək ki, “Sabah” “Makkabi” ilə ilk matçını iyulun 25-də səfərdə, cavab oyununu isə avqustun 1-də evdə keçirəcək.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?