COP29

“Azərbaycanda özünü yaxşı tərəfdən göstərən legioneri satmağa çalışacaqlar”

17 May 13:40 Sabah 1 212
“Azərbaycanda özünü yaxşı tərəfdən göstərən legioneri satmağa çalışacaqlar”

Ukrayna mətbuatı cari mövsümü icarə əsasında keçirən "Dinamo"nun (Kiyev) futbolçularının mümkün gələcəyi haqda yazı dərc edib.

Sportinfo.az xəbər verir ki, "Dynamomania" portalı "Sabah"da icarə əsasında çıxış edən yamaykalı hücumçu Kahim Parris barədə bunları yazıb:

"Yamaykalı sentyabrın əvvəlindən Azərbaycanın "Sabah" klubunda çıxış edir. Kahim iki dəfə hücumun əks cinahında oynasa da, komandanın aparıcı sağ cinah vingeri oldu.

Kahim "Sabah"ın bu mövsüm ən yaxşı ötürmə verəndir. Üstəlik, qol+pas sistemində (4+8) siyahıya rəhbərlik edir.

Yamaykalının Azərbaycan klubu ilə icarə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatır, lakin cinah oyunçusunun "Dinamo"ya qayıtmaq ehtimalı azdır.

Parris mövsümə Kiyev klubunda başlasa da, rəqabətdə məğlub oldu.

Onun "Dinamo" ilə müqaviləsi 2026-cı ilin 30 iyununa kimi qüvvədədir, ona görə də çox güman ki, kiyevlilər Azərbaycanda özünü yaxşı tərəfdən göstərən yamaykalı satmağa çalışacaq".

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?