2018-2020-ci illərdə “Neftçi”nin baş məşqçisi olmuş Roberto Bordin yenidən Azərbaycana qayıtmaq istəyindədir.
İtaliyalı çalışdırıcının ürəyi «Sabah»dadır.
Dörd il öncə ölkəmizdən ayrılmış, bu müddətdə «Şerif»i və Moldova yığmasının sükanı arxasında olmuş mütəxəssis öz xidmətlərini Masazır klubuna təklif eləyib.
Menecerlər vasitəsilə «Sabah»a xəbər göndərən Bordin elə də yüksək olmayan maliyyə şərtləri ilə «bayquşlar»ın sükanı arxasına keçməyə hazırdır.
«Neftçi» ilə Premyer Liqanın gümüş medallarını qazanmış italyanı Azərbaycan çempionatını yaxşı tanıdığını, eyni zamanda «Sabah»ın çıxışını yaxından izlədiyini bildirib.
SPORTİNFO.AZ