COP29

Azərbaycan klubu “Zenit“in məşhur personası ilə anlaşma əldə edə biləcəkmi?

13 Fevral 17:00 Sabah 974
Azərbaycan klubu “Zenit“in məşhur personası ilə anlaşma əldə edə biləcəkmi?

Murad Musayevin istefa verməsindən sonra baş məşqçisiz qalan “Sabah” çalışmaları sürətləndirib.

Masazır klubu əsas diqqəti ölkə xaricinə yönəldib.

Rusiya mətbuatı Aleksandr Kerjakovun “bayquşlar”la təmasda olduğunu yazıb.

“Sport-Express” nəşri məlumat yayıb ki, vaxtilə “Zenit“dəki çıxışı ilə məşhurlaşan 41 yaşlı veteran hücumçu Azərbaycan təmsilçisi ilə danışıqlar aparır.

Onunla həmçinin Özbəkistanın bir klubu da maraqlanır. Rusiyalı çalışdırıcı özü bir müddət əvvəl ölkə xaricindən bir klubla danışıq apardığını təsdiqləmişdi.

Aleksandr Kerjakovun son klubu 2023-cü ilin noyabrında ayrıldığı Belqrad “Spartak”ı (Serbiya) olub. O, daha əvvəl “Tom”, “Nijni Novqorod”, “Karmiotissa”da, eləcə də Rusiyanın aşağı yaş qrupu üzrə yığmalarında fəaliyyət göstərib.

Kerjakovun «Sabah»ın gündəmində olması xəbəri doğrudur. Əldə etdiyimiz məlumata görə, Premyer Liqanın gümüş medalçısı 7-8 gündür onunla daimi əlaqədədir.

Görüşmələr yaxşı keçir, ancaq anlaşmanın baş tutma ehtimalı barədə indidən qəti fikir söyləmək tezdir. Bəzi məsələlər var ki, tərəflər hələ o istiqamətdə ortaq məxrəcə gəlməyib.

Müqavilənin müddəti və qarşılıqlı öhdəliklər konteksində yekun razılıq əldə olunub-olunmayacağı qarşıdakı günlərdə bilinəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?