COP29

"Sabah"ın formasını geyinən “Barselona”lı dördüncü liqaya getdi - FOTO

9 Fevral 2024 09:20 Sabah 663
"Sabah"ın formasını geyinən “Barselona”lı dördüncü liqaya getdi - FOTO

"Sabah"ın sabiq legioneri Xuan Kamara İspaniyaya qayıdıb.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi aşağı liqa klubunda oynayacaq.

O, dördüncü liqa təmsilçisi “Badalona Futur”la anlaşıb.

Futbolçu mövsümün sonuna qədər İspaniya təmsilçisinin formasını geyinəcək.

Xuan “Barselona”, “Jirona”, “Reus”, “Miedz”, “Yagelloniya”, “Dinamo”(Buxarest), “Universitatya Krayova”, “Zaqlembe” komandalarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti