Mövsümün ilk yarısında müsbət nəticələrə imza atan “Sumqayıt“ qış transfer bazarlığına indidən start verib.
«Kimyaçılar»ın ilk həmləsi baş tutub.
«Gənclik şəhəri» təmsilçisi Samir Abasovun israrla istədiyi Ceyhun Nuriyevlə anlaşıb.
Ötən ilin payızında ilk dəfə milliyə çağırılmış yarımmüdafiəçisinin “Sabah”la müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.
O, sözləşməsini uzatmağa maraq göstərmədiyi üçün artıq müəyyən müddətdir ki, əvəzedici heyətə göndərilib.
Hazırda klublar arasında danışıqlar gedir. Masazırlılar müəyyən məbləğ qarşılığında Nuriyevlə vidalaşmağa hazırdır.
SPORTİNFO.AZ