COP29

Fəaliyyətini dayandırmış klubun bazası da onlara verildi – Qəsəbədən qəsəbəyə köç olacaq

27 Noyabr 2023 21:00 Sabah 2 807
Fəaliyyətini dayandırmış klubun bazası da onlara verildi – Qəsəbədən qəsəbəyə köç olacaq

“Sabah” yerdeyişmə etməyə hazırlaşır. “Bayquşlar” yeni ildən sonra Masazırdan Şüvəlana köçəcək.

Murad Musayevin çalışdırdığı komanda 2024-cü ilin əvvəlindən AZAL PFK-nın keçmiş bazasında məskunlaşacaq.

2016-cı ilin yayında fəaliyyətini dayandırmış “təyyarəçilər”in təlim-məşq mərkəzi və oteli artıq “Sabah”ın ixtiyarına verilib.

Komanda gündəlik məşqləri Şüvəlanda keçəcək, burada qalacaq, rəqiblərini yenə Masazırda qəbul edəcək.

Adıçəkilən klub tərəfindən uzunmüddətli icarəyə götürülən “AZAL Arena”da yenidənqurma prosesi başlayıb.
İllərdir istifadə olunmayan stadionda işlər qazondan start götürüb.

Süni meydança artıq sökülüb. Planda bir dəyişiklik baş verməsə, buranın ot örtüyü təbii olacaq.

Şüvəlanda yerləşən futbol qurğusu 2011-ci ildə istifadəyə verilib.

Azarkeş tutumu 3500 nəfər olan stadiondan 2016-ci ilədək AZAL PFK istifadə edib. Növbəti 2 mövsümdə isə “Şüvəlan” arenadan yararlanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?