COP29

“Sabah” İngiltərənin məşhur brendi ilə müqavilə bağladı - VİDEO

27 Noyabr 2023 00:50 Sabah 399
“Sabah” İngiltərənin məşhur brendi ilə müqavilə bağladı - VİDEO

“Sabah” və İngiltərənin məşhur brendi “Costa Coffee” arasında tərəfdaşlıq müqaviləsi bağlanıb.

Sportinfo.az xəbər verir ki, müqaviləyə əsasən, məşhur brend klubun yeni həyat tərzi sponsoru olub.

50 illik təcrübəyə malik “Costa Coffee” dünyanın 4 qitəsində, 38-dən çox ölkəsində fəaliyyət göstərir. Məşhur brendlə əməkdaşlıq Premyer Liqanın “Qarabağ”la oyunundan bir neçə dəqiqə öncə, stadionda açıqlanıb.

Bu matçda həmçinin, “Bank Respublika Arena”da ilk dəfə sosial media lövhəsindən istifadə olunub.

Belə ki, şəklini çəkib #SabahQarabag heşteqi ilə öz instaqram hesabında paylaşan azarkeşlərin fotoları stadiondakı böyük monitorda nümayiş etdirilib.

Göndərilən şəkillər arasından təsadüfi yolla seçilən 2 qalibə isə klubun yeni sponsoru “Costa Coffe” tərəfindən hədiyyələr təqdim edilib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?