COP29

“Sabah”ın legioneri komandadakı əsas problemi gizlətmədi

16 Noyabr 2023 22:40 Sabah 560
“Sabah”ın legioneri komandadakı əsas problemi gizlətmədi

Ötən mövsüm adından söz etdirən “Sabah” bu il əks mənada təəccübləndirməkdədir.

Yayda aparıcı futbolçuların komandanı tərk etməsi və çox sayda transferlərin həyata keçirilməsi “tələbələr”in işini çətinə salıb.

Vəziyyət o yerə çatıb ki, Murad Musayevin çalışdırdığı kollektiv geridə qalan 13 turda ardıcıl 2 qələbə qazana bilməyib.

Sanki söz veriblər, bir oyun udub, o biri oyunu uduzacaqlar. Son 5 turdakı vəziyyət məhz bu cürdür.

Komandanın braziliyalı yarımmüdafiəçisi Kristian da Silva Sportinfo.az-a açıqlamasında məlum durumla bağlı danışıb:

“Komandada konsentrasiya çatışmazlığı var. Bununla bağlı baş məşqçimiz də bizimlə tez-tez danışır.

Bəzi oyunları məhz konsentrasiya çatışmazlığından uduzmuşuq. “Turan Tovuz”la oyunu izləyənlər bir daha bunun şahidi oldu.

İki top fərqli ilə önə çıxsaq da, qısa müddətdə rəqib hesabı bərabərləşdirdi. Bunun üzərində işləyirik.

Çalışacağıq ən böyük problemlərimizdən biri olan konsentrasiya əskikliyini qısa müddətdə aradan qaldıraq. Uğur qazanmaq istəyiriksə, daha az səhvə yol verməliyik”.

“Sabah” 13 turdan sonra 4 qələbə, 4 heç-heçə etməklə 16 xalla 7-ci pillədə qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?