Premyer Liqanın 6-cı turunda maraqlı oyunlara şahidlik edirik.
Həftəsonu iki nəfər üçün tamaşa meydanına çevriləcək.
Bunlar “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev və “Sabah”ın müdafiəçisi Amin Seydiyevdir.
Baxşıyev sentyabrın 2-də “Zirə” ilə keçirilən oyunda ikinci sarı vərəqə nəticəsində texniki zonadan qovulduğuna görə bu həftə cəzalı duruma düşüb. Baş məşqçi “Turan Tovuz”la səfər qarşılaşmasını tribunadan izləyəcək.
Premyer Liqanın 4-cü turunda qırmızı vərəqə alan Seydiyevin 2 matçlıq cəzası bu həftə bitəcək.
Yeri gəlmişkən, millimizin üzvü də “Zirə”ylə görüşün 70-ci dəqiqəsində meydandan qovulmuşdu. Amin bazar günü “Qarabağ”a qarşı oynaya bilməyəcək.
HƏBİB / SPORTİNFO.AZ