"Eştoril"in futbolçusu Juanzinyo karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportinfo.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, "Sabah" 34 yaşlı cinah müdafiəçisini heyətinə qatmaq istəyir.
Macarıstan təmsilçisi "Dioşdyor" da portuqaliyalı oyunçu ilə maraqlanır.
Müdafiəçinin "Eştoril"lə müqaviləsi 2024-cü ilin yayında başa çatmalıdır.
2019/2020 mövsümündə Kiprdə APOEL-in formasını geyinən Juanzinyo "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin IV tur matçında meydanda olub.