«Sabah builki çempionata rəng qatdı».
Bu sözlər adıçəkilən klubun sabiq idman direktoru Emin Abbasova məxsusdur.
3 il öncə Masazır təmsilçisindən ayrılmış idrəçi ATV kanalında yayımlanan «Futbolumuz» verlişində maraqlı fikirlər səsləndirib.
Proqramın daimi eksperti deyib ki, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan komanda Premyer Liqaya yeni rəqabət mühiti gətirib.
Abbasov «Sabah»ın uğurlu çıxışı sayəsində ictimaiyyətdə və sosial şəbəkələrdə çoxlu tərəfdar qazandığını bildirib. Qeyd edib ki, kluba artıq böyük maraq var.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: